Çempionlar Liqası: “İnter” 1/8 finalda, “Barselona” qrupda qaldı – VİDEO

İdman

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib.

“Report”un məlumatına görə, B və C qrupundakı matçlardan sonra 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib.

İtaliyada Çexiyanın “Viktoriya” (Plzen) komandasına 4 cavabsız qolla qalib gələn “İnter” adını pley-offa yazdırıb. Bu nəticədən sonra C qrupunda İspaniya “Barselona”sının turnirlə vidalaşması rəsmiləşib.

B qrupunda isə Portuqaliya “Portu”su Belçikada “Brügge”ni darmadağın edib – 4:0. Bu qrupun digər oyununda Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”ini məğlub edə bilməsə, Portu şəhərinin eyniadlı təmsilçisi vaxtından əvvəl 1/8 finala adlayacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

26 oktyabr

B qrupu

“Brügge” (Belçika) – “Portu” (Portuqaliya) – 0:4
Qollar:
 Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Almaniya)

Xal durumu: “Brügge” – 10 (5 oyuna). “Portu” – 9 (5 oyuna). “Atletiko” – 4. “Bayer” – 3.

C qrupu

“İnter” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) – 4:0
Qollar:
 Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87

23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)

Xal durumu: “Bavariya” – 12. “İnter” – 10 (5 oyuna). “Barselona” – 4. “Viktoriya” – 0 (5 oyuna)

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-offa vəsiqəni təmin ediblər.