Avropa Liqası: “Mançester Yunayted” pley-offda, “Trabzonspor” uduzdu – VİDEO

İdman

UEFA Avropa Liqasında V tura yekun vurulub.

C, E, F, G və H qruplarında növbəti oyunlar keçirilib.

İngiltərədə “Şerif”i qonaq edən “Mançester Yunayted” 3 cavabsız topla növbəti mərhələyə keçidini rəsmiləşdirib. Görüşdə son nöqtəni əsas heyətə qayıdan Ronaldu qoyub. – 3:0.

“Trabzonspor” isə Serbiyada yerli “Srvena Zvezda” ilə bacarmayaraq məğlub olub – 2:1.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

27 oktyabr

C qrupu

HİK (Finlandiya) – “Roma” (İtaliya) – 1:2

E qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Şerif” (Moldova) – 3:0

“Omoniya” (Kipr) – “Real Sosyedad” (İspaniya) – 0:2

F qrupu

“Şturm” (Avstriya) – “Feyenoord” (Niderland) – 1:0

G qrupu

“Frayburq” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) – 1:1

“Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan) – 2:1

H qrupu

“Ferentsvaroş” (Macarıstan) – “Monako” (Fransa) – 1:1

“Srvena Zvezda” (Serbiya) – “Trabzonspor” (Türkiyə) – 2:1