Azərbaycanlı UFC döyüşçüsünün obrazı məşhur kompüter oyununda – FOTO/VİDEO

İdman

Yüngül çəkidə UFC döyüşçüsü, azərbaycanlı Rafael Fiziyevin obrazı məşhur kompüter oyununa əlavə edilib. Onu dünyaca məşhur kompüter oyunları istehsalçısı “Electronic Arts” şirkətinin “EA Sports UFC 4” layihəsində görmək mümkün olacaq.

Bu barədə idmançı özünün sosial şəbəkə hesabından məlumat verib.

Fiziyev paylaşımında Azərbaycanı bu oyunda təmsil edən ilk döyüşçü olduğu üçün qürur duyduğunu bildirib və izləyicilərindən onun reytinqi barədə nə düşündüklərini soruşub.

Yeri gəlmişkən, Fiziyev bir neçə gün əvvəl sosial şəbəkələrdə oyunun siyahısında olmamasından narazılığını bildirmişdi.

“EA Sports”, mən hələ oyunda deyiləm?! Bunu nə vaxt edəcəksiniz?” – deyə döyüşçü özünün “Instagram” hesabındakı paylaşımında soruşmuşdu.