Bakıda toyu dayandırıb dünya çempionatını izlədilər – VİDEO

İdman

Bakıda toylardan birində maraqlı, eyni zamanda, gözlənilməz hadisə yaşanıb.

Belə ki, toya gələn qonaqlar futbol üzrə dünya çempionatının həlledici görüşündə penaltilər seriyasına baxmaq üçün toyu bir müddət dayandırıblar.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, final oyununda Argentina və Fransa yığmaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə olunan vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər və qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşməli olub. 

Burada Argentina millisi üstün olub və dünya çempionluğunu qazanıb.