Həbsdə olan qadına narkotik ötürmək istəyən qohumu saxlanılıb

Kriminal

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək həbs edilən Elazə Şahin qızı Mustafayevaya qohumu, Lənkəran rayon sakini Murad Famil oğlu Həbibov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan cins şalvarın bel hissəsinə xüsusi üsulla tikilərək gizlədilən bir ədəd sellofan bükülüdə ümumi çəkisi 0,226 qram narkotik maddə olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir