Uşaq İncəsənət Festivalının 2-ci mərhələsinə start verilib.

Mədəniyyət

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının 2-ci mərhələsi Biləsuvar Regional Mədəniyyət İdarəsi üzrə də start götürüb. Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə keçirilən 2-ci mərhələ bir məntəqədə – Salyan Dövlət Kukla Teatrında reallaşıb. Festivalın 2-ci mərhələsinin birinci günündə iştirakçılar piano ifaçılığı nominasiyası üzrə mübarizə aparıblar. Bu nominasiya üzrə 48 nəfər iştirak edib.

Qeyd edək ki, Biləsuvar Regional Mədəniyyət İdarəsi üzrə Uşaq İncəsənət Festivalının 2-ci mərhələsinə ümumilikdə 206 nəfər vəsiqə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir