Fərrux dağı uğrunda itkin düşən Qəhrəman Qəhrəmanov – VİDEO

Müharibə

Birinci Qarabağ müharibəsində İmişlinin Mirili kəndindən könüllü olaraq döyüşlərə yollanan Qəhrəman Qəhrəmanov Fərrux dağı uğrunda gedən savaşda itkin düşən hərbçlərdəndir.

1973-ci ilin martında doğulan Qəhrəman 1988-ci ildə 8-ci sinifi bitirdikdən sonra Bakı Dənizçilik Məktəbinə qəbul olunur.

O bu məktəbi bitirən kimi kəndə qayıtmazdan əvvəl ailəsinə heç bir məlumat vermədən könüllü olaraq adını 20 Yanvar batalyonunun tərkibinə yazdırır. Şəhidin qardaşı Pəhləvan Qəhrəmanov deyir ki, son görüşləri 1992-ci ilin sentyabrında olub.

“Yola saldıq, getdi. Günlər keçdi, gəlmədi. Atam dalınca Ağdama getdi. Oktyabrın 18-də onun həlak olması xəbəri ilə qayıtdı”, – deyə o, əlavə edib.

Həmin tarixdən sonra Qəhrəmanın atası Süleyman kişi öz oğlunun axtarışlarına çıxır. Çarəsiz atanın getmədiyi ünvan, döymədiyi qapı qalmır.

Qeyd edək ki, 1992-ci ilin sentyabrından döyüşlərə yollanan Qəhrəmanov Qəhrəman Savalan oğlunun 30 sentyabr 1992-ci ilə tarixində ölməsi barədə məlumat verilir. İmişli Rayon Məhkəməsinin qərarı ilə 2007-ci il 7 mart tarixində onun barəsində ölüm faktı qəbul edilir.

Bu gün isə illərdir gözü yolda qalan ailəsi aparılan DNT analizinin cavbını gözləyirlər ki, illərdir həsrətini çəkdikləri Qəhrəmanlarının nəşinə qovuşsunlar.

Daha ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir