XİN rəhbəri: “Türkiyədə zəlzələ bölgəsində yaşayan azərbaycanlı tələbələrimiz var”

Siyasət

“Türkiyədə zəlzələ bölgəsində yaşayan azərbaycanlı tələbələrimiz var”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, zəlzələ baş verən kimi Prezident İlham Əliyevin göstərişi ilə xilasesicilərimiz oraya göndəriıib:

“Bir çox ölkələr dəstək göndərsə də, ilk və böyük həcmli dəstək bizim ölkədən olub. Azərbaycan xilasediciləri tərəfindən 50-dən artıq insan sağ çıxarılıb. Səfirliyimiz və Baş konsulluğumuzun vasitəsilə orada yaşayan şəxslərlə əlaqə qurulub, təxliyə edilmişdi. Müraciət edənlərin təxliyəsi təşkil edilib. Axtarışlar hələ də davam edir”.

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir