Avropada yaşayan minə yaxın soydaşımız Xocalı faciəsinin ildönümü ilə bağlı mitinq keçirir – FOTO

Siyasət

Avstriyanın paytaxtı Vyana şəhərində Avropada yaşayan minə yaxın soydaşımız Xocalı faciəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün mitinq keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsi, 74 şəhərindən gələn soydaşlarımız Avstriya paytaxtında toplaşıblar. Vyanada parlamentin qarşısına yığışan soydaşlarımız Xocalı faciəsinə dair film nümayiş etdiriblər.

Filmdə Xocalı faciəsinə dair həqiqətlər öz əksini tapıb.

Fransanın Paris, Strasburq, Lion, həmçinin İsveç, Finlandiya, İsveçrə, Macarıstan və digər ölkələrin müxtəlif şəhərlərindən gələn soydaşlarımız və dostları əllərində plakat və bayraqlarla Avstriya parlamentinin qarşısına yığışıblar.

Mitinq iştirakçıları beynəlxalq ictimaiyyəti Xocalıda azərbaycanlılara qarşı baş vermiş faciəyə, ermənilərin etnik təmizləmə siyasətinə göz yummamağa, faciəyə hüququ qiymətin verilməsi, cinayətkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırmaq üçün yığışıblar.

Etiraz aksiyasında iştirak etmək üçün soydaşlarımızın 31 ölkədən yığışması təsadüfi deyil. Bu Xocalı faciəsindən 31 il keçməsinin rəmzi mənasını daşıyır.

Həmvətənlərimiz mitinqin sonunda birgə bəyanat yayacaqlar. Xocalı qurbanlarının xatirəsinə 613 ədəd şam yandırılacaq.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir