İlham Əliyevdən avtomobillərin utilizasiyası ilə bağlı SƏRƏNCAM

Siyasət

Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb.

Sənədə əsasən, Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Bu Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir