Bayramov-Rau danışıqları: Müzakirələrin böyük hissəsi Ukraynaya həsr olunub

Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Oxu.Az-ın məlumatına əsasən, bunu Ceyhun Bayramov Zbiqnev Rau ilə keçirilən mətbuat konfransında deyib.

“Bizim müzakirələrin böyük bir hissəsi Ukraynadakı müharibə mövzusuna həsr edildi”, – deyə Ceyhun Bayramov əlavə edib.

Nazir bildirib ki, müharibə başlayandan bu yana 20 minə yaxın Azərbaycan vətəndaşı və soydaşımız bu ölkəni tərk edib.

 “Həmin şəxslərin dörd minə yaxını Polşa ərazisinə keçməklə Ukraynanı tərk edib. Fürsətdən istifadə edib Polşaya təşəkkür edirəm”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir