Haber Global: “İlham Əliyev dünyaya mesaj verdi” – VİDEO

Siyasət

Türkiyənin Haber Global telekanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini işıqlandırmaqda davam edir.

Teleşirkətin növbəti süjeti Azərbaycan və Türkiyə liderlərinin ortaq mətbuat konfransına həsr olunub.

Prezident İlham Əliyevin tədbirdəki çıxışının önə çəkildiyi videomaterialda dövlət başçısının bütün dünyaya mesaj verdiyi bildirilir.

“Bu gün Türkiyə-Azərbaycan qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli bir dövlət bizim qardaşımızdır. Bu, bizim üçün böyük bir xoşbəxtlikdir. İkinci Qarabağ savaşından sonrakı dövr bu qardaşlığı daha da gücləndirdi”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.  

Daha ətraflı Haber Global-ın videomaterialında:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir