Sahibə Qafarova partiya sədrləri ilə görüşdü

Siyasət

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilməmişdən öncə parlament sədri Sahibə Qafarova iclasın keçirildiyi zala gəlib. 

Oxu.Az-ın məlumatına əsasən, Sahibə Qafarova tədbirdə iştirak edən qonaqlarla, o cümlədən parlamentdə təmsil olunmayan siyasi partiya rəhbərləri ilə salamlaşaraq fikir mübadiləsi aparıb. 

Qeyd edək ki, yeni qanun layihəsi Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Aqşin Kərimov

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir