Prezidentin xüsusi nümayəndəsi Qubadlının azad olunmasının ildönümü ilə bağlı paylaşım edib – FOTO

Siyasət

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında Qubadlı şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı”.

 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir