🌳 Bu gün Beynəlxalq Meşələr Günüdür

Baş səhifə

BMT-nin Baş Assambleyası bütün meşə tiplərinin əhəmiyyətini vurğulamaq, onların qorunmasına diqqəti artırmaq üçün 2012-ci ildə 21 mart tarixini Beynəlxalq Meşələr Günü elan edib.

Meşələrin davamlı idarə edilməsi iqlim dəyişikliyi ilə mübarizədə, yoxsulluğun aradan qaldırılmasında və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında mühüm rol oynayır.

2023-cü ildə Beynəlxalq Meşələr Günü bütün dünyada “Meşələr və sağlamlıq” devizi altında qeyd olunur. Meşələr sağlamlığımız üçün suyu və havanı təmizləyir, iqlim dəyişikliyi ilə mübarizədə karbon tutucu funksiyanı yerinə yetirir, rifahımızı yaxşılaşdırır.

Bu qiymətli təbii sərvətləri qorumaq bizim üzərimizə düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir