Salyanda reyd keçirilib, qayda pozan sürücülər cərimələnib – FOTO

Baş səhifə

 

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Demir-yumruq.az-a verilən məlumata görə, rayonunun müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, manevr, dayanma-durma və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub.
Polis əməkdaşları tərəfindən həmin şəxslərlə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntuları onların diqqətinə çatdırılıb. Sürücülərin hər biri barəsində inzibati protokol tərtib olunub və onlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir