Bizim siyasət kursumuz dəyişməyəcək

Baş səhifə

  Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “ChinaGlobal Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində vurğulandığı kimi, Çin Avrasiya subregionunda, xüsusilə də Azərbaycanın mühüm təsir imkanlarının olduğu bölgələrdə ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir.

   Multikulturalizmin Azərbaycan modeli kifayət qədər işləyir və mükəmməlləşib. Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir. Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir. Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisi böyük infrastruktura malikdir. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, Azərbaycanofobiya mühitini yaradırlar. Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Hazırda Fransa hökumətininçox əsassız hücumları ilə üzləşirik. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır.

İşğal dövründə idman qələbələrimiz insanların şüurunda Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bir növ rəmzi kompensasiya oldu. İdmançılarınız qalib gələndə, bayrağımız qalxanda, himnimiz çalınanda adamı böyük qürur hissləri bürüyür.

2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları bir şəhərdə cəmi iki il ərzində keçirilib. İlk Avropa Oyunları həqiqətən Azərbaycanı Avropaya açdı. Formula 1 yarışları artıq yeddi dəfə keçirilib. Formula 1-in auditoriyası 500 milyondur. İlk Formula 1 yarışlarından sonra turizm 20 faiz artdı və COVID-dən əvvəl hər il on – on beş faiz artım var idi. Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirildi.

Biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək.

Sucayət Mehtiyev,

Cəlilabad rayon Şabanlı kənd

tam orta məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir