Azərbaycan Texniki Universitetində narkomaniyaya qarşı mübarizə tədbiri

Baş səhifə

Daxili İşlər Nazirliyi və “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində narkomaniyaya qarşı mübarizə tədbirləri, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı növbəti maarifləndirmə tədbiri keçirilib.

“Gələcəyimizi qoruyaq!” adlı tədbirdə vurğulanıb ki, narkotika bəlasından xilas olmaq üçün hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti hiss etməli, xüsusilə gənclər bu mövzuda daha ayıq-sayıq olmalı və ən başlıcası özlərini qorumağı bacarmalıdırlar.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir