Salyanda direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

Baş səhifə

 

Bu ildən Regional Təhsil İdarələrinin səlahiyyəti Təhsil Nazirliyi Tərəfindən genişləndirilmişdir.İyulun 15-i saat 10:00-da Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilmişdir.İmtahan Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənnlər təmayüllü məktəb-liseyin binasında keçirilib. İmtahanda regionun 36 vakansiya üzrə 53 namizədi iştirak etmişdir.

Namizədlərə imtahanda tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim edilmişdir.Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanması barədə məlumat namizədlərin mobil telefonlarına sms vastəsi ilə göndəriləcək. Test imtahanından müvəfəqiyyət göstərərək müsahibə mərhələsində iştirak etmək hüquq qazanan bütün namizədlərə uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir