Azərbaycanın davamlı inkişafı sürətlə davam edir. 2022-ci ilin birinci rübünün sosial- iqtisadi göstəriciləri yeni maliyyə ilinin uğurlu başlanğıcından xəbər verir və Azərbaycanın davamlı inkişafının sürətləndiyini təsdiqləyir. Cari ilin ilk rübündə ölkəmizdə iqtisadiyyatın artımı davam edib və ümumi daxili məhsul 6,8 faiz artıb. Bu rəqəm post-pandemiya dövründə dünya ölkələrinin iqtisadi artım göstəricilərinə nisbətən ən yaxşı dimanikadan biridir. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb və bu onu göstərir ki, neft amili iqtisadi inkişafda arxa olana keçib və iqtisadiyyatın hərəkətverici drayveri qeyri-neft sektorudur. Qeyri-neft sənayesində əldə edilmiş 18 faiz artım isə sənayeləşmə siyasətinin uğurlarının artmasından xəbər verir. Beləliklə, ilk rübdə yüksək artım templərinin əldə edilməsi ölkə iqtisadiyatının şaxələndirilməsi ilə bağlı siyasətin uğurlu nəticələr verdiyini göstərir. İnkişaf ümumiyyətlə iqtisadiyyatın və sosial sahənin bütün bölmələrində müşahidə olunur. Ölkəmizin milli inkişafı və ixrac coğrafiyası artıb, ixrac 2 dəfə, qeyri-neft 45 fazi yüksəlib. Həmçinin, enerji resurslarının ixracı strateji valyuta ehtiyatlarının həcminin yüksəlməsinə səbəb olub və hazırda valyuta ehtiyatlarının həcmi 53 milyard dolları ötüb. Bu, çox yüksək göstəricidir və ölkəmizin milli iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan hazırda regionda ən az xarici borca malik ölkədir , xarici dövlət borcu ümumi daxili məhsulun 12 faizini təşkil edir və da respublikamızın güclü iqtisadiyyatının olmasından xəbər verir. Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Birincü rübdə orta aylıq əməkhaqqı 20 faiz yüksəlib və ötən dövr ərzində iqtisadiyyatın bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş verib.
Ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reytinq institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, nəzərdə tutulan bütün proqramlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyyətlə icra olunub. Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə hazırda həyata keçirilən islahatlar bundan sonra da uğurla davam etdiriləcək və qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə əhəmiyyətli tədbirlər həyata keçirilir və bu da özünün müsbət nəticələrini göstərir. Şübhəsiz ki, xalqımız bütün bunları görür və yüksək dəyərləndirir. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyir.
2022-ci ilin ikinci rübündədə maliyyə göstəriciləri də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ötən 3 ayda dövlət büdcəsinin mədaxili 7 milyard manat təşkli edib ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 1,2 milyard manat və ya 22,2 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2,8 milyard manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 530 milyon manat və ya 23,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 716,5 milyon manat və ya 34,4 faiz çoxdur. Həmin vəsaitin 80,1 faizi və yaxud 2,2 milydrı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1,2 milyard manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 236 milyon manat və ya 23,7 faiz çoxdur. 2022-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5 milyard 688 milyon manat proqnoza qarşı 5 milyard 629 milyon manat və ya 99 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 105,8 milyon manat və ya 1,9 faiz çoxdur. Büdcədə cari və əsaslı xərclərin maliyyələşdirilməsi tam şəkildə icra edilib. Sosialyönümlü xərclər 2 milyrad 774 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və ya 4,6 faiz çoxdur. Beləliklə, büdcədə 1,4 milyard manata yaxın büdcə artıqlığı (profisit) yaranıb.
Cari ildə ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində də səylər artıb və TAP kəməri ilə qaz ixracı artıb, Azərbaycanən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu möhkəmlənib. Hazırkı dinamika ilin sonunda daha nikbin inkişaf uğurlarının əldə edilməsinə səbəb olacaq: “Azərbaycan iqtisadiyyatının hazırkı uğurlu inkişafı qarşıdakı aylarda daha da sürətlənəcək və 2022-ci il əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalacaq. Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan 2022-ci ili regionda ən sürətli inkişafla başa vuran ölkələrdən olacaq. Azərbaycanın sürətli inkişafı gündən-günə artmaqda davam edir. Cənab Prezidentimizin sayəsində bu inkişaf daim uğurlu dinamikasını davam etdirəcəkdir.
YAP Salyan rayon Təşkilatının fəal üzvü Gültəkin Sultanova