Azərbaycan-Türkiyə qardaşlığı, birliyi bu dəfə də Zəngilan və Cəbrayıldan dünyaya nümayiş etdirdi

Baş səhifə

 

Cənab Prezident İlham Əliyev 20 oktyabr 2022-ci ildə Zəngilan,Cəbrayıl şəhərlərində səfərdə olmuşdur.Bu səfərdə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir.Oktyabr ayının 20-də cənab İlham Əliyev Zəngilan şəhərində tikilmiş Hava Limanının açılışını etmişdir.Bu açılışa yenə də xüsusi olaraq Türkiyə Prezidenti gəlmişdir.Cənab İlham Əliyev bəyanata qardaş Respublikanın Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlamaq və “Xoş gəlmisiniz” sözləri ilə başlamışdır.O, mətbuata Zəngilan Hava Limanının açılışını qeyd etdiyini bəyan etmişdir. Qeyd etmişdir ki,bir il bundan əvvəl əziz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Fizuli Hava Limanını bir yerdə açmışlar.Bu da çox böyük əlamətdar bir tarixə təsadüf edir.Düz iki il bundan əvvəl Zəngilan işğaldan azad edilmişdir.Prezident qeyd etmişdir ki,məhz buna görə də Türkiyə Prezidentinin bu gün Azərbaycanda,Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.

Sonra Prezident İkinci Qarabağ müharibəsində Zəngilanın ardından Qubadlı şəhərinin azad olunması və həmin ərəfələrdə alınmaz qala Şuşa istiqamətində,həm də Laçın istiqamətində ordumuzun əməliyyat apardığını qeyd etmişdir.Prezidentimiz xüsusi vurğuladı ki,bu əməliyyatlar zamanı ilk günlərdən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mənəvi dəstək,siyasi dəstək və bir sözlə həmişə Azərbaycanın yanında olacağını qeyd etdi.Bu siyasi və mənəvi dəstəyin savaşın son gününə qədər davam etdiyini əyani olaraq biz gördük. Bu,iki qardaş xalqın daim bir yerdə olmuş,olur və olacağından xəbər verir. Türkiyənin savaş zamanı Azərbaycanı dəstəkləməsi bəzi qüvvələrin buna müdaxilə etməsinin qarşısını almasını Prezident bir daha qeyd etdi.O bəyan etdi ki,bu savaşda Türkiyə-Azərbaycan birliyi zəfər çaldı. Bu zəfər bu gün də davam edir. İşğaldan azad olunmuş torpaqlarda qardaş Türkiyənin şirkətləri fəal iştirak edirlər. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır.Əlbətdə ki,bu ürəkdən gələn duyğulardır,əjdadlarımızdan qalan mirasdır.Bəyanatın sonunda İlham Əliyev birdaha Türkiyə xalqına təşəkkür etmiş.Ona görə ki,bugün bu Zəngilan Hava limanının açılışında və Cəbrayıl şəhərində Türkiyə dövlətinin böyük heyətli hökumət nümayəndələri təklif buyurmuşdur.Prezident Türkiyə xalqına xoşbəxtlik və firəvanlıq arzuladı.Və öz bəyanatını “Yaşasın Azərbaycan-Türkiyə birliyi,qardaşlığı!” şüarı ilə bitirdi.Bununla Prezident dünyaya daha bir mesaj verdi ki,Azərbaycan-Türkiyə birliyi sarsılmazdır.

 

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir