Nikolayevdə rusiyalı hərbçilərin bombardmanı nəticəsində 9 nəfər həlak olub, daha 13 nəfərsə yaralanıb.
Bu barədə telemarafonda Nikolayevin meri Aleksandr Senkeviç məlumat verib.
“Şəhər kaset mərmiləri ilə bombardman edilib. Hücum iki yaşayış məntəqəsini – Solyanye və Severnını əhatə edib. 13 yaralıdan 7-si hazırda reanimasiyadadır. 9 nəfərsə dünyasını dəyişib. Bunlar adi insanlardır, əsasən yaşlılar, ATM və ya mağaza növbəsində eyni sırada dayananlardır”, – deyə o, bildirib.
Mənbə: “Unian”
www.102info.az