Biləsuvar polisindən fədakarlıq –Foto

DAXİLİ İŞLƏR NAZİRLİYİ

Dövlət Yol Polisinin (DYP) əməkdaşları həyatı təhlükədə olan Biləsuvar rayon sakininin köməyinə çatıb.

Hadisə bu gün rayonun Ağalıkənd kəndində olub.

Belə ki,  sözügedən kənd sakini İmanova İlkanə Rüstəm qızının qəfildən xəstəliklə əlaqədar halı pisləşib. Xidiməti vəzifələrinin icrası ilə əlaqədar ərazidə olan Biləsuvar Rayon Polis Şöbəsi DYP  bölməsinin əməkdaşları tibbi yardıma təcili ehtiyacı olan gənc xanımı xəstəxanaya zamanında çatdırıblar. Həkimlərin yarımından sonra İ.İmanovanın həyatı təhlükəsi aradan qaldırılıb.

Pasiyentin doğması Samik Mustafayev bildirib ki, əmim qızının həyatı təhlükə ilə üz-üzə qalması bizi bərk həyacanlandırmışdır. Mən özüm onu maşınımla xəstəxaya çatdırmağa cəhd etdim. Lakin təlaşım avtomobili idarəetməsini olduqca çətinləşdirdi. Bu zaman hadisədən xəbər tutan DYP-nin əməkdaşları, polis baş serjantları Orxan Ərzumanlı və Elvin Məmmədli qısa bir zamanda köməyimizə yetişdi.

“Bəli, polislərin sayəsində rayon mərkəzidən uzaq məsafədə yerləşən bir kəndə, İmanovlar ailəsinin narahatçılığına qısa zamanda son qoyulub. Fədakar polislərimizə öz minnətdarlığımızı  bildirir, var olun-deyirik”, – S.Mustafayev sözlərinə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir