Ağdamda “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım tədbiri keçirilib

Region

31 mart 2022-ci il tarixdə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə Ağdam rayonunda anım tədbiri keçirilib.
“Şəhidlər” abidə kompleksinin qarşısında keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının, idarə və müəssisələrin, hüquq, mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirin əvvəlində soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 31 mart soyqırımının tarixi mahiyyətindən danışmış, əsrlər boyu xalqımıza qarşı törədilmiş soyqırım siyasəti və insanlıq əleyhinə cinayətlərdən bəhs etmişdir. Tədbirin sonunda iştirakçılar abidənin önünə gül dəstələri düzmüşlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir