Fransa hərbi kəşfiyyatının rəhbəri Ukraynaya görə vəzifəsindən qovuldu

Dünya

General Erik Vido təyinatından yeddi ay sonra Fransa hərbi kəşfiyyatının rəhbəri postundan qovulub.

Buna səbəb kimi onun rəhbərlik etdiyi qurumun Rusiyanın Ukrayna ilə bağlı planları barədə kifayət qədər məlumata sahib olmaması göstərilib.

Generalın istefaya göndərilməsi barədə məlumat ona ötən gün, elektron məktub vasitəsilə çatdırılıb.

Mənbə: RBK

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir