Son 24 saat ərzində Tayvan hərbçiləri Çin Xalq Azadlıq Ordusunun 29 təyyarəsi və üç gəmisinin adaya yaxınlaşmasını qeydə alıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi xəbər verib.
29 PLA aircraft and 3 PLAN vessels around Taiwan were detected by 6 a.m.(UTC+8) today. R.O.C. Armed Forces have monitored the situation and tasked CAP aircraft, Navy vessels, and land-based missile systems to respond these activities. pic.twitter.com/0TwjdAyqrx
— 國防部 Ministry of National Defense, R.O.C. ?? (@MoNDefense) December 13, 2022
Bildirilir ki, 29 təyyarə, o cümlədən 18 “H-6” strateji bombardmançı adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Cavab olaraq Tayvan hakimiyyəti vəziyyəti izləmək üçün hava və dəniz patrulları göndərib.
Qeyd edək ki, noyabrın sonunda Tayvan hərbçiləri Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin dörd gəmi və səkkiz təyyarəsinin adaya yaxınlaşmasını qeydə almışdılar.