AVP Heydər Əliyevin 100 illik yubileyini qeyd etdi

Ana Vətən Partiyası
Ana Vətən Partiyasının mərkəzi aparatında partiyanın Ali Məclis üzvlərinin iştirakı ilə bütün həyatını xalqımızın firəvanlığına, xoşbəxt gələcəyinə, azadlığına, müstəqilliyinə həsr edən, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, milli iftixarımız, fəxarət və qürurumuz, Dahi Şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirildi. 

Partiyanın mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı “Heydər Əliyevin siyasi irsində istiqlal məfkurəsi və milli dövlətçilik konsepsiyası” mövzusunda çıxış edib.

“Ulu Öndərimizin həm hakimiyyətdə olduğu birinci dövrdə xaıqımızın milli məfkurəsinin formalaşması və inkişafında göstərdiyi müstəsna xidmətlər, həm də 90-cı illərdə dövlətçiliyimizin məhv olma təhlükəsi ilə qarşı- qarşıya olduğu çətin anlarda xalqın iradəsinə söykənərək siyasi hakimiyyətə gəlməsi, milli dövlətçiliyimizi yaradaraq onun təməlini qoyaraq bu günki inkişaf səviyyəsinə çatdıra biləcək siyasi irsi haqqında ətraflı danışdı.

Daha sonra Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ali Məclisin üzvləri xalqımızın qəlbində və yaddaşında əbədi yaşar Ulu Öndərimizin məzarını ziyarət etdilər. Ümummilli Lidermizin əziz ruhuna dualar oxuyub, Uca Tanrıdan rəhmət dilədilər”.

May be an image of 4 people, the Oval Office and text
May be an image of 7 people and the Tomb of the Unknown Soldier

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir