Şəmkir RİH-də yeni təyinat

Bölgə



Şəmkir Rayon İcra Hakimiyətində yeni təyinat olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin müvafiq Sərancamına əsasən, Zeynallı Süleyman Gəray oğlu RİH başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Zeynallı Süleyman Gəray oğlu 12 oktyabr 1977-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olub.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya və Dövlətidarəetmə fakultəsini, Bakı Dövlət Universitetinin isə Beynəlxalq Hüquq və Beynalxalq münasibətlər fakültəsini bitirib.
Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə magistr, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda isə aspirantura təhsili alıb.

Süleyman Zeynallı bundan öncə Qala Həyat Sığorta Şirkəti ASC-nin Hüquq və Kadrlar Departamentinin müdiri vəzifəsində çalışıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir