” Həyatın əsas dəyəri həyatdır” Sumqayıtda gənclər maarifləndirilib-FOTO

Cəmiyyət

Sumqayıt şəhər İnternat Tipli Gimnaziyanın  təşəbbüsü ilə ” Həyatın əsas dəyəri həyatdır” adlı möhtəşəm tədbir təşkil olunub.

Narkomaniyadan bəhs edən dəyirmi masa YAP Sumqayıt Şəhər Təşkilatının inzibati binasında təşkil edilib.

Tədbirdə Sumqayıt şəhər İnternat Tipli Gimnaziyanın direktoru  Fəridə Mustafayeva , direktor müavini  Aytən Əliyeva , məktəbin psixoloqu Zülfiyyə Rəhimova ,Sumqayıt şəhər İnternat Tipli Gimnaziyanın pediatr həkimi Nərgiz Cəlilova ,  Uşaq Birliyinin rəhbəri Vəfa Əlirzayeva , Rəsm  dərnəyinin rəhbəri  Aydan Məmmədova, ibtidai sinif müəllimi Elnarə Mustafayeva,  AXRTİ-nin əməkdaşı Gulbahar Haqverdiyeva, YAP Mərkəzi Aparatı Gender Siyasəti və Gənclərlə iş  şöbəsi müdirinin müavini  Zəkiyyə Musayeva , Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət komissiya işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev, Narkodispanserin həkimi Nihad Zərbəlizadə , Sumqayıt şəhər Polis İdarəsinin yetkinlik yaşına catmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru polis baş leytenantı Rəşad Dadaşlı və inspektor polis kapitanı Asudə Əliyeva, Sumqayıt döyüş klubunun baş məşqçisi Rəşad Yaqubov , Sumqayıt şəhər  18 nömrəli  orta məktəbin psixoloqu RaziyəTağıyeva, Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat Gimnaziyanın psixoloqu Xanım Məmmədova,   Sumqayıt şəhər xüsusi İnternat Tipli Gimnaziyanın psixoloqu  Şəfəq Umudova , Sumqayıt şəhər 15 nömrəli  tam orta məktəbin tarix müəllimi Ziya Şirinov iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunub.

Qeyd edək ki, Tədbirin keçirilməsində məqsəd  gənclərin bir  fərd kimi cəmiyyət üçün faydalı yetişməsinə , ziyanlı vərdişlərdən uzaq  durmaqlarına nail olmaq olub.  Toplantıda sağlam qidalanma, asudə vaxtının düzgün təşkili haqqında çıxışlar edilib. Uşaq şəxsiyyətinin formalaşmasında, psixi inkişafında, ətrafdakılara rəftar və davranışında, idrak fəallığının inkişafında  mühüm yer tutan məktəbin , təhsilin, sosial mühitin önəmi haqqda müzakirələr aparıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir