Xaçmazda “Mercedes” yandı – VİDEO

Cəmiyyət

Xaçmazın N.Ələsgərov küçəsində avtomobil yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Belə ki, vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin arxa hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin yük hissəsi və arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sözügedən yanğının görüntülərini təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir