Pərvin Kərimzadə: Fərrux kəndində tapılan insan qalıqları ermənilərin törətdiyi cinayətlərin növbəti bariz nümunəsidir

Cəmiyyət

Pərvin Kərimzadə,

YAP İdarə Heyətinin üzvü, millət vəkili

Tarix boyu dünyanın heç bir yerində erməni barbarlığının, vandallığının bənzəri olmayıb. Faşist xislətli vandallar insanlığa, bütün canlı aləmə, təbiətə qənim kəsiliblər. Erməni millətçiləri 30 il boyunca cənnət Qarabağı viranəyə çevirib, talayıb, daşı daş üstündə qoymayıblar. Əzəli-əbədi torpaqlarımızı işğal altında saxladığı onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, qədim tariximiz olan məzarlıqları, müqəddəs yerləri vəhşicəsinə dağıdıb. Nifrətin və vandalizmin daha bir mənzərəsi isə həmin ərazilər işğaldan azad edildikdən sonra yenidən gözlər önünə sərildi.

Azad edilən torpaqlarımızda dəfələrlə insan qalıqlarına rast gəlinib. Ermənistan işğalından azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar ermənilərin müharibə cinayətlərinin törətdiklərini təsdiq edir.Düşməndən azad edilən Xocalı rayonunun Fərrux kəndində Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın qalıqları tapılıb. İnsan qalıqlarını Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən aşkarlayıblar. Bundan əvvəl Xocavəndin Edilli kəndində, Kəlbəcərin Başlıbel kəndində də erməni vandalizminin sübutu olan kütləvi məzarlıq aşkarlanıb. Birinci Qarabağ müharibəsi dövründən 4000-ə dək soydaşımızın taleyi hələ də bu günə qədər məlum deyil.

Kütləvi məzarlıqların aşkarlanması erməni cinayətlərinin dünyaya növbəti sübutudur. İşğaldan azad edilən torpaqlarımızın hər qarışı həm mülki insanların, həm də hərbçilərin qanı ilə sulanıb. Kütləvi insan cəsədi olan məzarlıqda üst-üstə qalaqlanmış insan sümüklərinə həyəcansız baxmaq mümkün deyildi. Hər biri bir ailənin ümidi, bir ocağın çırağı, bir nəslin davamçısı olan soydaşlarımız məhz etnik milli mənsubiyyətinə görə ermənilər tərəfindən insanlığa sığmayan dəhşətli işgəncələrə məruz qalmaqla qeyri-insani şəraitdə də basdırılıblar.

Azərbaycan xalqı zaman-zaman erməni vandallarının törətdikləri faciələrin qurbanına çevrilib, tarixi dədə-baba yurdlarımızdan məcburən çıxarılıb, əsirə, qaçqına, köçkünə çevrilib. Dünyaya qan tökmək missiyası ilə gələn faşist ideologiyalı erməni millətçilərinin törətdikləri 1918-ci il mart soyqırımı, 1992-ci il 26 fevral – Xocalı soyqırımı, əsir götürdükləri soydaşlarımızın başına gətirdikləri müsibətlər heç kəsin yadından çıxmayıb və çıxmayacaq da. Beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı qəsdən törədilmiş insanlıq əlehinə cinayətlərə beynəlxalq hüquq normaları əsasında qətiyyətli mövqe nümayiş etdirməli və hüquqi qiymət verməlidir.

Bu gün Azərbaycan xalqı müzəffər Ali Baş Komandan, Prezident canab İlham Əliyevin rəhbərliyi altında dağıdılan, xarabalığa çevrilən şəhər, kənd, qəsəbələrimizin gələcəyi naminə sürətlə bərpa işləri aparır, barbar qonşularımız tərəfindən məqsədli şəkildə xarabazara çevrilmiş ərazilərimizi cənnətə çevirir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir