Azərbaycanda vaksinlərin saxlanma şəraitində problem var? – AÇIQLAMA

Cəmiyyət

“Bu günə qədər Azərbaycanda peyvəndlərin saxlanma şəraiti ilə bağlı problem yaranmayıb. Vaksinlərin lazımi şəraitdə saxlanması yüksək səviyyədə təşkil olunur”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkə üzrə koronavirus əleyhinə keçirilən vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir:

“Bu məntəqələrin sayı regionlarda əhalinin sayına görə tənzimlənir. Məqsədimiz əhalinin daha sürətli şəkildə vaksinasiya prosesinə qoşulmasıdır”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir