Bakıdakı velosiped yolları: Ekoloji sağlam şəhərin ilk addımları – FOTOREPORTAJ

Cəmiyyət

Bakı şəhərinin mərkəzi küçələrində velosiped yolları salınıb. 

Əhalinin velosiped sürməyə artan marağının, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə paytaxt küçələrində bu cür velosiped yolları təşkil edilib. 

Qeyd edək ki, bu yol təxminən 200 metrlik hissəni əhatə edir. Ümumiyyətlə, velosiped yollarının ilk olaraq paytaxtın mərkəzi küçə və  prospektlərində təşkili nəzərdə tutulub.

Velosiped zolaqlarının və yollarının layihələndirilməsi ilk olaraq şəhərin mərkəzi küçələrində əsas maraq nöqtələrini birləşdirən marşrut xətləri üzrə nəzərdə tutulub. 

Daha sonra daha böyük velosiped yolları şəbəkəsinin təşkili planlaşdırılır.

Qeyd edək ki, 2019-2023-cü illərdə avtomobil yollarında, küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək. Bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək. 

“Global Photo Stock”un əməkdaşı velosiped yollarıdan çəkiliş edib.

Həmin fotoları təqdim edirik:

FOTO: Firudin Səlimov 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir