Çağırılmadığı toyda yeyib-içib, qonaqları soydu – FOTO/VİDEO

Cəmiyyət

Gəncədə şadlıq sarayından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Goranboy sakini Vahid Dadaşov dəvət edilmədiyi halda şadlıq sarayına qonaq qismində gəlib.

Orada spirtli içki qəbul etdikdən sonra digər qonaqlara məxsus, ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefonu oğurlayıb. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir