Abşeron rayonunun Saray qəsəbəsində yerləşən qəbiristanlığın ən azı 1000 yaşının olduğu ehtimal edilir.
Bildirilir ki, bu qəbirlər XIII əsrdə də mövcud olublar. Qəbiristanlığı hazırda ziyarət edən və ya ərazinin qayğısına qalan yoxdur.
Buranın dəqiq yaşı barədə məlumat mövcud olmasa da qəbiristanlıqdakı qəbirlərdən birinin ən azı 1000 yaşının olduyğu qeyd edilir.
Ehtimal edilir ki, sözügedən qəbiristanlıqda Şirvanşahlar dövründən, Bakı Xanlığının mövcud olduğu dövrlərə aid minlərlə qəbir daşları var.
“Global Photo Stock”un əməkdaşının Saray qəbiristanlığında lentə aldığı fotoları təqdim edirik:
www.102info.az