Nazir müavinindən birinci Qarabağ müharibəsinin əlillərinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı AÇIQLAMA

Cəmiyyət

“1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı işlər görülür”.

Oxu.Az-ın məlumatına görə, bunu olunmuş “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. 

Nazir müavini qeyd edib ki, birdəfəlik ödəmələrin verilməsi ilə bağlı siyahılar dəqiqləşdirilir:

“1997-ci il avqustun 2-dək ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilən şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. Yaxın iki ayda prosesin başa çatması və ödənişlərin verilməsini planlaşdırırıq”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir