Sabah Bakının bəzi ərazilərində su olmayacaq

Cəmiyyət

Yay mövsümünə hazırlıq məqsədilə aparılan profilaktik işlərlə əlaqədar 12 aprel 2022-ci il tarixində gün ərzində Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. 

Bu barədə Azərsu ASC məlumat yayıb.

Bildirilib ki, yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir