Salyanda qadının qanunsuz apardığı tikintiyə dövlət qurumu müdaxilə etdi – FOTO/VİDEO

Cəmiyyət

Salyanda qanunsuz tikintinin qarşısı alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Salyan rayonu, Pambıqkənd kəndində vətəndaş Ağayeva Sevda Əlövsət qızı tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar agentlik tərəfindən qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Əməliyyat görüntülərini təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir