Bakının ən böyük xəstəxanalarından biri xəstəlik yuvasına dönüb – FOTO

Cəmiyyət

Bakıda xəstəxana xəstəlik yuvasına bənzəyir. 

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

Belə ki, həkim-radioloq Aydın Əliyev 5 N-li Şəhər Xəstəxanasından paylaşdığı fotolarda xəstəxananın bərbad vəziyyətdə olduğunu qeyd edərək, İcbari Tibbi Sığorta və Səhiyyə Nazirliyinin bu xəstəxanaya yardım etməyə imkanı çatmadığını da vurğulayıb.

Məsələ ilə bağlı 5 saylı Şəhər Kliniki Xəstəxanasından Oxu.Az-a verilən açıqlamaya görə, məlumatda bəhs olunan həmin sanitar qovşaq işlək vəziyyətdə deyil:

“Ümumiyyətlə, xəstəxananın təmirə ehtiyacı var və ilin sonuna qədər təmiri nəzərdə tutulub”.

Paylaşılan fotolardan da vəziyyəti aydın görmək olur:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir