Zaqatalada yol polisinin keçirdiyi reyddə 20 sürücü cərimələnib – FOTO

Cəmiyyət

Zaqatalada yol polisləri tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi və barələrində qanuni tədbir görülməsi məqsədi ilə reydlər təşkil edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reydlərdə piyada səkilərində, müəyyən edilməyən ərazilərdə və avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər aşkarlanıb. Ümumilikdə sadalanan qayda pozuntularına yol verən 20 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir