Azərbaycanda yeni su anbarları tikiləcək – RƏSMİ

Cəmiyyət

“İşğaldan azad edilmiş ərazilərdə mövcud su anbarlarının təmir-bərpası ilə yanaşı, yeni su anbarlarının tikintisi ilə bağlı araşdırmalar aparılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Məmməd Əsədov bildirib.

Onun sözlərinə görə, layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib:

“Bərgüşad çayı, Həkəri çayı üzərində yeni su anbarlarının tikintisi planlaşdırılır. Bu su anbarları əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, eyni zamanda, Ağdam rayonunun, Araz boyunda yerləşən rayonların əhalisinin içməli su ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir