Nazirlikdən məktəblərdə tədris proqramının yüklü olması ilə bağlı AÇIQLAMA

Cəmiyyət

“Məktəblərdə tədris proqramı yüklü deyil”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, bəzi müəllimlər var ki, onlar uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn edirlər:

“Həmin müəllimlərlə iş aparılmalıdır. 45 dəqiqə elə zamandır ki, uşağın bu zamanda oynaya-oynaya öyrənməsi mümkündür. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməliyik”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir