Rusiya avtomobillərinin Azərbaycana idxalında problem var? – AÇIQLAMA

Cəmiyyət

Mart ayının sonundan etibarən Rusiyanın “AvtoVAZ” şirkəti qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən istehsalı dayandırmalı olub. Zavod avtomobillərin istehsalı üçün lazım olan hissələri və istehlak materiallarını əldə edə bilməyib.

Avtomobil şirkətinin Azərbaycanda rəsmi təmsilçisi “Xəzər LADA” ASC-dən “APA Economics”ə bildirilib ki, elektron komponentlərin çatışmazlığı istehsalla bağlı müəyyən çətinliklər yaradıb. Amma Azərbaycana Rusiya avtomobillərinin idxalı ilə bağlı hazırda hər hansı problem yoxdur:

“İyun ayına qədər bütün sifarişlərimiz “AvtoVAZ” tərəfindən qəbul edilib”.

“Xəzər LADA”dan əlavə ediblər ki, sifarişlərin növbəti hissəsi ilə bağlı hələlik nəsə demək çətindir.

Avtomobil eksperti Eldəniz Cəfərov isə bildirib ki, Rusiya istehsalı olan avtomobillərə tələb bölgələrdə daha çoxdur. Bu isə daha çox Rusiya avtomobillərində konstruksiyanın sadə, servis qiymətlərinin isə nisbətən aşağı olması ilə bağlıdır.

Bununla belə ekspert hesab edir ki, Rusiya avtomobillərinin idxalı ilə bağlı yarana biləcək müəyyən qıtlıq Azərbaycan avtomobil bazarında hər hansı çətinlik yaratmayacaq. “İkinci əl” ABŞ, Cənubi Koreya və Çin avtomobilləri Rusiya avtomobillərini əvəzləyə bilər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir