Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Qoşabulaq kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü E.Ələkbərov qolundan bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. O bildirib ki, hadisə yaxını tərəfindən törədilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.102info.az