Yasamal və Suraxanıda ağaclar qanunsuz kəsilir? – AÇIQLAMA + FOTO

Cəmiyyət

Bakı şəhəri, Yasamal rayonunda yaşayan sakinlərin bəziləri tikinti işlərinə etiraz edirlər.

Onlar bildiriblər ki, A.Şərifzadə küçəsində yerləşən binaların həyətində qeyri-qanuni söküntü və tikinti işləri gedir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov Oxu.Az-a açıqlamasında bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi istismar müddəti başa çatmış, köhnə və təhlükəli binaların sökülməsi ilə bağlı rəy verilməsi üçün nazirliyə müraciət edib:

“Bizim mütəxəssislər yerində araşdırma aparıblar, həmin tikiləcək binaların yerinin ekoloji baxımdan vəziyyəti hazırlanıb. Təqdim edilən rəydə 17 ədəd ağacın köçürülməsi barədə rəy verilib”.

Eyni zamanda Suraxanı rayon sakinləri də orada ağacların qanunsuz olaraq kəsildiyini iddia ediblər. 

M.Qənbərov deyib ki, bu halda da Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən agentliyə ekoloji rəyin verilməsi üçün müraciət olunub:

“Bu ilin fevral ayında tikinti ekoloji normalar gözləməklə dəyərləndirilib. Verilmiş rəyin tərkibində tikinti altına düşən həmişəyaşıl olmayan ağacların köçürülməsinə rəy verilib və xüsusi texnika vasitəsilə ərazidən köçürülüb”. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir