Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya gətirilənlərin sayı AÇIQLANDI

Cəmiyyət

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına doqquz daxilolma qeydə alınıb. Yeddi nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Bu barədə Oxu.Az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

O bildirib ki, hazırda iki nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır:

“Həyatları üçün heç bir təhlükə yoxdur”.

Qeyd edək ki, yanğın başlayan kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb olunub.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir