Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı vacib QƏRAR

Cəmiyyət

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,75 faiz səviyyəsində saxlanılmasına qərar verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, faiz dəhlizinin aşağı həddi 6,25 faiz dərəcəsində, faiz dəhlizinin yuxarı həddi isə 9,25 faiz səviyyəsində saxlanılıb. 

Nigar Məmmədova

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir