Mərkəzi Bankın sədrindən ediləcək yeniliklərlə bağlı AÇIQLAMA

Cəmiyyət

“Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə vəzifəyə təyin edilə və ya vəzifədən azad edilə bilər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında AMB-nin İdarə Heyətinin üzvləri ilə bağlı sualı cavablandırarkən deyib.

O əlavə edib ki, artıq təşkilatı məsələlərlə paralel olaraq Mərkəzi Bankın mandatına uyğun olaraq komanda ilə müzakirə və təhlillərə başlanılıb:

“Qısa və orta müddətdə pul bazarının inkişafına fokuslanmışıq. Əsas istəyimiz manatın gəlirliliyinin daha effektiv işlənməsinin təmin edilməsidir, faizlərin iqtisadiyyata transmissiyasının artırılmasıdır.

Həmçinin, ödəniş sistemlərinin təhlükəsiz inkişafına dair qanun bazası üzərində işlər aparılır. Ümumilikdə, həm sığorta və bank sektorunu, eləcə də digər maliyyə sektorları üzrə yeni qanunvericilik bazası təqdim ediləcək”.

Nigar Məmmədova

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir