Seymur Orucov gənclərlə görüş keçirib

Cəmiyyət

“Açıq mikrofon” layihəsi çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun gənclərlə görüşü keçirilib.

Ağstafa Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə RİH başçısının müavinləri və aparatının şöbə müdirləri, rayon ictimiaiyyətinin gənc nümayəndələri iştirak ediblər.

Seymur Orucov çıxışında ölkəmizdə gənclik sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş söz açaraq bildirib ki, tədbirin əsas məqsədi ağstafalı gənclərin dünya görüşünün, intellektual səviyyəsinin, onların istər idman sahəsində, istər elm, istərsə də digər sahələrdə özlərini sübut edərək cəmiyyətdə rolunu və məsuliyyətini artırmaqdan ibarətdir.

“Açıq mikrofon” qarşısında çıxış edən gənclərin səsləndirdikləri müxtəlif mövzular ətrafında fikir mübadiləsi və diskusiya şəraitində keçən tədbirin davamlı olaraq keçiriləcəyi vurğulanıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir