Siyavuş Novruzov: “Bakı Naxçıvandan nümunə götürməlidir” – VİDEO

Cəmiyyət

Bakı taksi xidmətinə görə Naxçıvandan nümunə götürməlidir.

Bunu Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin növbəti buraxılışında qonaq olan millət vəkili Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, Naxçıvanda taksi sürücülərinə ayda bir dəfə vəzifə borcları izah edilir, geyiminə, davranışlarına diqqət etməsi xatırladılır. Onlara hansı yollarda təmir gedəcəyi, hansının bağlı olduğu barədə məlumat verilir.

Millət vəkili “bu sahədə rəqabət yaranmalıdır ki, qiymət aşağı, xidmət isə yüksək olsun”, – deyə Bakının taksi xidmətindəki xaotiklikdən danışarkən deyib.

Ətraflı videonu təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir